“Təbib ” qəzetinin baş redaktoru və onun oğlu İsmayılovlar xəsarət alıb

Azərbaycan paytaxtında qəzet redaktorunun evinə basqın olub. Bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib. Hadisə sentyabrın 22-dən 23-ə keçən gecə rayonun Böyükşor qəsəbəsində qeydə alınıb.

“Təbib” qəzetinin redaktoru, 1942-ci il təvəllüdlü Eldar İsmayılovun yaşadığı evə daxil olan üç maskalı şəxs bıçaqla redaktorun oğlu, 1974-cü il təvəllüdlü İsaq İsmayılova hədə-qorxu gələrək ondan pul tələb ediblər. Səs-küyə İ.İsmayılovun atası Eldar İsmayılov gəlib. Bunu görən naməlum şəxslər əllərindəki küt alətlə ata və oğula xəsarət yetirərək hadisə yerindən qaçıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO