Tarixçilər Əkrəm Əylislinin “Daş yuxular ” romanına narazılıqlarını bildiriblər

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasının Əkrəm Əylislinin “Daş yuxular” romanında bəhs etdiyi tarixi məsələlərin müzakirəsinə həsr olunan iclası keçirilir. AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov iclasda bildirib ki, Azərbaycan tarixçiləri bu əsərdən çox narazıdır. “Lakin biz bu əsəri diqqətlə oxuyub, ordakı faktları tarixi sənədlərlə tutuşdurandan sonra münasibət bildirmək qərarına gəldik”, – o deyib.
O qeyd edib ki, bu əsərin məhz indi dərc olunmasının səbəbləri var.
“Azərbaycan bu gün müharibə vəziyyətindədir. Eyni zamanda sürətlə inkişaf etmək istəyən Azərbaycanın qarşısını almaq istəyən xairici qüvvələr var. Ölkənin müharibə şəraitində olan dövründə belə bir romanın Rusiyanın “Drujba narodov” jurnalında dərc olunması ermənilərin işğal etdikləri torpaqların onlarda qalması ilə barışmaq niyyətini ortaya qoyur”, – o deyib. Tarix İnstitutunun direktoru deyib ki, əsərin yazılmasının tarixi şəraiti də var.
“Erməni təcavüzkarları 2015-ci il qondarma “erməni soyqırımının” 100 illiyinə ciddi hazırlaşırlar, bütün qüvvələrini işə salıblar. Bu hazırlıq işinin getdiyi şəraitdə “Daş yuxular” romanı yazılıb. Azərbaycanın ali ordeni ilə təltif olunmuş bir yazıçının “Daş yuxuları” yazılmasına mən bu gün də inana bilmirəm. Qan təyziqimin qüşüb qalxmasına baxmayaraq bir neçə dəfə bu əsəri oxumuşam”, – o deyib

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO