Tanınmış jurnalistlər “Bakı Dövlət Universitetinin dostu” seçildi

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsinin internet saytının təqdimatı və “Bakı Dövlət Universitetinin dostu” mükafatının qaliblərinin təltifetmə mərasimi keçirilib.
Modern.az saytının məlumatına görə, BDU-da keçirilən tədbirdə universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “Bakı Dövlət Universitetinin dostu” mükafatının qaliblərinin adlarını açıqlayıb. Məlum olub ki, bu mükafata AzTV-nin rəhbəri Arif Alışanov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, ANS-in prezidenti Vahid Mustafayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə layiq görülüblər.

Qeyd edək ki, BDU daha 42 KİV nümayəndəsinə universitetlə əməkdaşlığa görə, müxtəlif hədiyyələr verib. Onların arasında Modern.az saytı da var.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tədbirdə çıxış edib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO