Tanınmış teleaparıcı AzTV-dən “Xəzər”ə keçdi

Tanınmış teleaparıcısı, əvəllər İctimai Televiziyada, sonralar isə AzTV-də efirə gedən “Ovqat” verilişinin aparıcısı Səyyarə Səyyaf artıq xeyli vaxtdır ekranlarda görünmür.
Hər kəsin maraqla izlədiyi “Ovqat” verilişinnin yayımına da fasilə verilib.
Səyyarə Səyyafın sentyabrdan yenidən AzTV-nin efirinə qayıdacağı gözlənilsə də, aparıcını bundan başqa telekanalda görəcəyik.

Modern.az saytının xəbərinə görə, yay məzuniyyətini başa vuran Səyyarə Sərraf bu ay yenidən efirə qayıdacaq, amma AzTV-də deyil, “Xəzər” TV-də.

S.Səyyaf “Xəzər” hazırda televiziyasında yeni layihə üzərində işləyir, bununla bağlı çəkilişlərə də start verilib. Teleaparıcının mahiyyət etibarı ilə ədəbiyyat, poeziya, musiqi tipli yeni verilişinin adı tezliklə bəlli olacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO