“Təşkilatımızın üzvləri biznes qurumlar və müxtəlif KİV-lərdə təmsil olunur”

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Məclisinin 2013-ci ilin ilk iclası keçirilib. Publika.Az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə ARGTMŞ-nın sədri Şahin Seyidzadə açıb.  O, təşkilatın  Azərbaycanın gənclər siyasətində rolu və gələcək strategiyası haqqında məlumat verilib.

 

Şahin Seyidzadə qeyd edib ki, ARGTMŞ yalnızca bir gənclər təşkilatı deyil, o gənclər təşkilatlarını birləşdirən onları inkişaf etdirən bir qurumdur. Artıq 17 ildir ki, fəaliyyət göstərən təşkilat ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən, vətənpərvər gənclərin yetişdirilməsinə öz tövhəsini vermişdir ki, bu gün onlardan bir çoxu, dövlət, biznes qurumlar və müxtəlif KİV-lərdə təmsil olunurlar. ARGTMŞ-nın da əsas strategiyası bu ənənəni davam etdirərək bir çox yeni sahələri, dövlət, KİV və biznes qurumlarla əməkdaşlığın, Korporativ Sosial Məsuliyyət layihələrin icrasının inkişaf etdirilməsidir. 

 

Sonra ARGTMŞ-a üzvlük üçün müraciət edən gənclər təşkilatlarının namizədliklərinə baxılıb və hər bir namizəd təşkilat çıxış edərək təşkilatları haqqında ətraflı məlumat veriblər. Çıxışlar dinlənildikdən və suallar ünvanlandıqdan sonra səs çoxluğuyla 11 gənclər təşkilatı Milli Şuranın üzvlüyünə qəbul olunub və bununla Şura üzvlərin sayı 104-ə çatıb.

 

Baş katib, Seymur Hüseynov tərəfindən ARGTMŞ-nın 2012-ci ilin son Məclis müddətindən 2013-cü ilin fevral ayınadək olan fəaliyyəti və 2013-ci il üçün inkişaf planı haqqında təqdimatı iştirakçıların nəzərinə çatdırılıb. ARGTMŞ-nın ictimaiyyətlə əlaqələr üzrə katibi Pərvin Piriyevə görülən işlər və statistik göstəricilər haqqında məlumat verib, sosial şəbəkələrin ictimaiyyətlə əlaqələrin gücləndirilməsi üçün vacib olduğu vurğulayıb.

 

İclasda həmçinin ARGTMŞ-nın yeni loqotipi üçün verilmiş təkliflərə baxılıb və yeni loqotipi təsdiq olunub. Yaxın gələcəkdə təşkilatın yeni loqosu haqqında mətbuata məlumat veriləcək.

 

Publika.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO