Söz azadlığının vəziyyətinə görə Rusiya bir ildə 12 pillə geriləyib

Rusiya söz azadlığının səviyyəsinə görə 153-cü yeri tutur. “Sərhədsiz Reportyorlar” Beynəlxalq təşkilatının hazırladığı ötən ilki reytinq cədvəlində Rusiya 141 yeri tuturdu. Qeyd edəkl ki, dünya ölkələri üzrə söz azadlığının reytinq cədvəli adıçəkilən təşkilat tərəfindən hər il hazırlanır. Il ərzində Rusiyanın 12 pillə geriləməsinin əsas səbəbini ölkədə ardıcıl olaraq jurnalistlər və hüquq müdafəçilərinin öldürülməsil ilə əlaqələndirirlər. Русийа мятбуатынын мялуматына эюря, hesabatda Rusiyanın regionlarında jurnalistlərə hücumların davam etməsi və hakimiyyət orqanlarının bu prosesin qarşısının alınmasında acizlik göstərməsi də göstərilir. “Sərhədsiz Reportyorlar” Beynəlxalq təşkilatının hazırladığı hesabatda Rusiyada senzura meyllərinin güclənməsi, habelə müəyyən nəşrlərə qadağa qoyulması da qeyd olunur.

Reytinq cədvəlində Qazaxıstan 142 ci yeri, Belarusiya 151-ci yeri tutur. Siyahıda birinci yerdə Danimarka gedir. Ötən il isə birincilik İslandiyaya verilmişdi. Hazırda bu ölkə 9-cu pilləyə düşüb.
Təşkilatın gəlidiyi qənaətə görə, hazırda söz azadlığına daha çox Danimarkada, Finlandiyada və İrlandiyada hörmət edirlər. Siyahını isə əvvəliki illərdə olduğu kimi Türkmənistan(173-cü yer), Şimali Koreyya(174-cü yer) və Eriteriya (175-ci yer) tamamlayır. Təşkilatın baş katibi Jan Fransua Juiayrın mətbuata verdiyi açıqlamasına görə, Fransda , İtaliya və Slovakiyadakı vəziyyətin ilbə il azalması təəsüf hissi doğurur. Barak Obamanın hakimiyyətə gəlişi ilə ABŞ 40-cı yerdən 20-ci yerə qalxıb.

SAMF

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO