SÖZ AZADLIĞI


Söz azadlığını məhdudlaşdıran qanunlar çox şəffaf olmalı və həqiqi təhlillərdən fərqli təhlillər üçün boşluqlara malik olmamalıdır. Adın, şərəf və ləyaqətin, milli təhlükəsizliyin, ictimai asayişin, müəllif hüquqlarının, sağlamlığın və mənəviyyatın müdafiəsi legitim məqsədlər arasındadır. Belə, RF Konstitusiyası sosial, irqi, milli və ya dini nifrət və ədavət oyadan təbliğatı, eləcə də dövlət sirrini təşkil edən məlumatların yayımını qadağan edir. Bundan başqa məhkəmə tərəfindən qismən və ya müvəqqəti məhdudiyyətlər qoyula bilər.
Söz azadlığı həqiqətin bərpası, özünüidarə, siyasi sistemin çevikliyinin təmini, şəxsiyyətin özünü təsdiqləməsi, insanın təbii hüquqları və onların müdafiəsi məsələləri ilə sıx bağlıdır. Tarixən o, məlumatlandırılmanın təminatı və dövlət hakimiyyəti orqanlarının səlahiyyətliliyinin yüksək səviyyəsinin qorunması üçün alət kimi yaranmışdır.
J.J.Russodan başlamış əksər liberal mütəfəkkirlər söz azadlığı mədəniyyəti təliminin zəruriliyini qeyd etmişlər. Onların fikrinə görə, həqiqətin bərpası məqsədi ilə diskussiyaların keçirilməsi və başqa insanların alternativ nəzər nöqtəsinə dözümlü münasibət cəmiyyətdə və dövlətdə tərəqqi və həmrəyliyə kömək edir.
Mədəniyyət baxımından söz azadlığı hər bir şəxs və insan üçün onun şəxsi fikirlərinin cəmiyyətdən ayrı inkişafına, standartların və həyati məqsədlərin onun tərəfindən müstəqil xülasəsinə yönəlir. Digər tərəfdən, özünüidarə hakimiyyəti ilə təmin edilmiş xalq ondan səmərəli və yalnız cəmiyyətin rifahı naminə istifadə etməlidir. Beləliklə, insanlar azadlığa, yalnız ictimai məsələləri müzakirə etmək üçün malik olmalı deyil, həm də ondan öz dövlətlərinin ictimai həyatının təşkilində ölçülüb-biçilmiş seçimin həyata keçirilməsi üçün istifadə etməlidirlər.
Rusiyada XIX əsrin əvvəllərinə qədər öz fikirlərinin ifadəsi azadlığına, yalnız hökmdar malik idi. 1804-cü ildə Rusiya imperatoru I Aleksandr yeni nizamnamə imzaladı ki, bu da senzorlar üçün təlimata çevrildi. Orada deyilirdi ki, «senzura, fikir və yazı azadlığını məhdudlaşdırmaq üçün deyil, ondan sui-istifadəyə qarşı lazımi tədbirlərin həyata keçirilməsi üçün tətbiq edilir». Lakin təcrübədə bütün bu tövsiyyələrə riayət edilmirdi. Mətbuat azadlığına məhdudiyyətlərin zəifləməsi 1855-1861-ci illərdə baş verdi. Bu, senzuradan azad olan universitetlərin nəşrlərinə şamil edildi. 1917-ci il Fevral inqilabı senzura məhdudiyyətlərini ləğv etdi, lakin artıq avqustda, L.Q.Kornilovun rəhbərliyi ilə uğursuz qiyamdan sonra yenidən bərpa olundu. SSRİ Konstitusiyası söz və mətbuat azadlığını elan etdi, lakin əslində SİKP əsas xəttinə zidd olan mövqelərin kütləvi səsləndirilməsi təqib edilir və kökündən məhv edilirdi.
Senzuranın radikal zəifləməsi haqqında, yalnız Boris Nikolayeviç Yeltsinin hakimiyyətə gəlişindən sonra danışmaq olar.
Tənqidçilərin fikrinə görə, 2000-ci ildə Vladimir Vladimiroviç Putinin hakimiyyətə gəlməsi senzuranın kəskinləşməsi ilə yadda qalmışdır. Siyasi informasiyanın əsas mənbələri dövlət tərəfindən nəzarətdə olan mərkəzi televiziya kanalları oldmuşlar.

Lyubov

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO