Söz azadlığı insan fundamental hüquqlarından biri kimi

Beləliklə, senzura yaranır. Əvvəlcədən senzura mətnlərin həqiqiliyini saxlamaq üçün təyin edilmişdi. Sonralar o, əks fikirli insanların təqib edilməsi üçün vasitəyə çevrildi. Beləliklə, insanlar öz hüquqlarına görə, senzuranı həyata keçirmək hüquq olanlara (krallar, çarlar, ruhanilər) və buna itaət etməyə məcbur olanlara bölündü. Senzuranın inkişafı ilə inkvizisiya institutu yaradıldı. O dövrdə insanlar, başqa, yəni şəxsi nəzər nöqtəsinə malik olduqlarına görə ikiqat cəzaya məruz qalırdılar. Birincisi, onların kitabları məhv edilir, yandırılırdı. İkincisi, küfrdə günahlandırılanlar tonqallarda yandırılırdılar. Əlbəttə, əgər inkvizisiya haqqında tarixi kitablara nəzər salsaq, aydın olar ki, təkcə buna görə yandırmırdılar. Mən Lima şəhərində inkvizisiya muzeyində olmuşam. Orada bir elan var və bu elandan məlum olur ki, orada, bir qayda olaraq, zinaya görə edam edirdilər. İspaniyada bir neçə cild kitabı yandırması ilə məşhur olan yeganə və baş inkvizitor olmuşdur.
Beləliklə, insanın vasitəçisiz – keşişsiz Allahla ünsiyyət saxlamaq hüququ olması tezisini irəli sürən Reformasiya başladı. Bu da insan hüquqları uğrunda hərəkatın başlanmasına daha çox səbəb oldu: fikirləşmək hüququ, şəxşi mövqeyə malik olmaq hüququ, ateist mövqeyindən çıxış etmədən öz mövqeyini müdafiə etmək hüququ uğrunda. Bu insanlar hər bir insanın Allahla ünsiyyətdə ola bilməsi hüququnu tələb edərək, zülmkarlığa qarşı mübarizlər kimi çıxış edirdilər.
Bu nöqteyi-nəzərdən protestant kilsəsi inkvizisiya və senzuraya qarşı çıxırdı. Beləliklə, bu kilsənin nümayəndələri, xristian ideallarını yüksək qiymətləndirən insanlar söz azadlığı uğrunda çıxış etməyə başladılar. Bunu, müəyyən dərəcədə Lyuter və Reformasiyanın bəzi başqa rəhbərləri edirdilər. Hər halda onlar iyerarxiya strukturundan və hakimiyyətin nüfuzundan asılılıqdan qurtulmaq uğrunda, insan konsepsiyasının Papanın və ya Papanın rəiyyəti kimi kralın subyekti olmasına qarşı mübarizə aparırdılar. Sonralar bu ideya İntibah dövründə yaranmış fəlsəfi konsepsiyalarla davam etdirilmişdir. Burada, humanizm və mərhəmətdən danışılırdı. Papa monopoliyası və insanın və onun humanist dəyərlərinin sıxışdırılmasına qarşı durma kimi bu iki, təmamilə müxtəlif mübarizə tendensiyasının birləşməsi insan hüquqları ideyasının inkişafına gətirib çıxardı. Mətbuat azadlığı avtoritar tendensiyalara qarşı mübarizədə irəli sürülən belə hüquqlardan biri idi. Əslində Papa hakimiyyəti avtoritorizmi ifadə edirdi. Kral hakimiyyəti də avtoritarizmi ifadə edirdi. Vətəndaşlar, sözün əsl mənasında vətəndaş deyildilər, onlar rəiyyət idilər.
İngilis inqilabı zamanı Con Milton özünün «Ariopaqetika»sında ilk dəfə mətbuat azadlığı, fikir azadlığı və hər bir vətəndaşın düşünmək, yazmaq və fikirlərini ifadə etmək, öz mövqeyinə malik olmaq məsuliyyəti ideyasını irəli sürdü. Milton hesab edirdi ki, bu hüququn məhdudlaşdırılmasına yönəlmiş hər bir cəhd katolik kilsəsi kimi oliqarxiyanın yenidən güclənməsinə gətirə bilər. İnsan hüquqları azadlığı konsepsiyasının sonrakı inkişafı ingilis və fransız filosofları Qobbs, Lokk, Monteskye, Russo, Didro və başqalarının fəaliyyəti ilə bağlıdır. Onlar, dünya haqqında təsəvvürləri dəyişən bir sıra konsepsiyalar irəli sürdülər. Məsələn, hələ o zamanlar başqa cür adlanan vətəndaş cəmiyyəti konsepsiyası irəli sürülmüşdü. Monteskye tərəfindən hakimiyyətin inzibati və hökumət, qanunverici və məhkəmə hakimiyyətlərinə bölgüsü edilmişdir. Bu fəlsəfi nəzəriyyələr çərçivəsində insan konsepsiyası yeni anlayışı yarandı.
1688-ci ildə ali kompromisin həyata keçirildiyi İngiltərədə, «şanlı inqilab», insan hüquqları hörmətdə idi. Lakin indiyə kimi İngiltərədə insanlar vətəndaş deyillər, onlar, Əlahəzrətin rəiyyətləridirlər. Onlar olduqca azaddırlar, lakin tam azad deyillər, çünki onlar rəsmi də olsa Kraliçanın nüfuzunu tanımalıdırlar. Hökmdar ali hakimiyyətdir, o, konstitusiya quruluşunu təmsil və onu müdafiə edir. Hətta bizdə televiziyada hərdən deyirlər ki, Rusiyaya monarx lazımdır, onda hər şey qaydasında olacaq. Lakin jurnalistlər nəzərə almırlar ki, monarxiya, hər şeydən əvvəl inkişaf etmiş demokratik sistem deməkdir: İngiltərədə artıq mövcud olan seçilmiş parlament, parlament qarşısında hesabat verməli olan hökumət və müstəqil məhkəmə.
Bu məsələlər Amerika Birləşmiş Ştatlarında və Fransada daha ardıcıllıqla həll olunmuşdur. Fransada 1789-cu il Fransa inqilabı zamanı İnsan və vətəndaş hüquqları Deklarasiyası qəbul edildi. Belə deklarasiya Rusiyada da qəbul edilmişdir. O, bizim Konstitusiyanın bir hissəsidir. Bu deklarasiyada mətbuat azadlığı hüququ insanın və vətəndaşın şəxsi hüquqlarına aiddir, çünki, bu nöqteyi-nəzərdən o, olduqca vacib idi.
Bir az sonra ABŞ-da Konstitusiyaya düzəlişlər qəbul edildi, onlarda deyilirdi ki, Konqres kilsə və mətbuatın fəaliyyətinə müdaxilə edə bilməz, dini, mətbuatı və vətəndaşın mövqeyini tənzimləyən qanunlar çıxara bilməz. Bu mənada mətbuat azadlığı Amerika demokratiyası və Amerikanın dövlət inkişafının postulatına çevrildi. Əgər mətbuat azadlığı məhdudlaşdırılması baş verirsə, o, iqtisadi cəhətdən olur. İş burasındadır ki, mətbuat da kilsə kimi müəyyən iqtisadi amillərdən kənarda fəaliyyət göstərə bilməz. Kilsə binalarına qulluq etmək, hər hansı bir təsərrüfat fəaliyyəti həyata keçirmək lazımdır. Bütün qəzetlər öz nüsxələrini satmalı, kağız və boya almalıdırlar. Başqa sözlə, bu institutlar, təkcə etiqad, din və ya mətbuat institutları deyil, həm də təsərrüfat subyektləridir. Bu mənada onların fəaliyyəti, həm kilsəyə, həm də, ola bilsin ki, mətbuata qarşı hökumət tərəfindən hər hansı müdaxiləyə imkan yaradan iqtisadi qanunvericiliklə tənzimlənir. Beləliklə, Amerika mətbuat azadlığı konsepsiyası, prinsip etibarı ilə fikir azadlığını güman edir. Bunu anlamaq çox vacibdir. Ona görə də, biz mətbuat azadlığı barədə danışanda onu, daha geniş mənada, iqtisadi azadlıq və sahibkarlıq azadlığı kimi görürük. Bütün bunlar mövcuddur. Lakin ən əsası – fikir və düşüncə azadlığıdır ki, o da, qanunla qadağan edilə bilməz.
Bu mənada Amerika Konstitusiyası mətbuat azadlığının vacib hissəsini müəyyən edir. Amerika qanunlarına görə jurnalisti məzmuna görə mühakimə etmək olmaz. Şər, şəxsi həyata müdaxilə və qanuni jurnalist fəaliyyəti çərçivəsindən kənara çıxan hərəkətlərə görə olar. Lakin mövqeyə və düşüncəyə görə – yox.
Fransızlar tərəfindən mətbuat azadlığı konsepsiyasında yeni addım atıldı ki, mənim haqqında danışdığım həmin deklarasiyaya «mətbuat azadlığından sui-istifadə» anlayışı daxil edildi. Bu da ilk dəfə mətbuat haqqında qanunvericiliyin yaradılmasına gətirib çıxardı.
Müasir dövrümüzdə mətbuat azadlığını təyin edən, təxminən həmin parametrlər qalıblar. Mətbuat fikir, mövqe və informasiya ifadə etmək üçün yeganə alət deyil. Bu gün müxtəlif kütləvi informasiya vasitələri mövcuddur: qəzetlər, jurnallar, radio, televiziya, kabel yayımı. Nəhayət, daha geniş kütlələr üçün açıq olan İnternet kütləvi informasiya vasitələri var. Ona görə də mətbuat azadlığı hüququ daha geniş xüsusiyyət alır. Qeyd edək ki, Rusiyada «Kütləvi informasiya haqqında» Qanun mövcuddur. Mənə elə gəlir ki, bu çox proqressiv qanundur. Onun, yalnız bir nöqsanı var: o, Rusiyanın sosial quruluşunun müəyyən olunmadığı şəraitdə qəbul edilmişdir. O vaxt sahibkar və mülkiyyət problemi ciddi qəbul edilmirdi. Biz mətbuat problemini sahibkarlıq problemindən ayrı araşdırırdıq. Bu gün bütün fəaliyyət sahələrində, bütün müəssisə və sahibkarlıq növlərində sahibkarlıq institutunun inkişafı şəraitində bu qanun bir qədər arxaik görünür. Bu qanunda vətəndaşların və kütləvi informasiya vasitələrinin münasibəti təsisçilik yolu ilə müəyyən olunur. Yəni hər bir vətəndaş qəzet, jurnal, radio və televiziya stansiyası, informasiya agentliyi təsisçisi kimi çıxış edə bilər. Mətbuat azadlığı haqqında qanuna uyğün olaraq, müəssisə də qəzet yarada bilər. Göstərilən halda iki çox mühüm azadlıq birləşir: mətbuat azadlığı və azad sahibkarlıq. Əgər 10 il ərzində Rusiyanın bazar iqtisadiyyatından nə əldə etdiyindən və Rusiya demokratiyasının hansı nailiyyətləri qazanmasından danışsaq, bu iki ən başlıca nailiyyətlərdir: mətbuat, düşüncə, fikir azadlığı və sahibkarlıq fəaliyyəti azadlığıdır.
Tələbə də özünün KİV-ni yarada bilər. MDU-nun bir tələbəsi, hələ tələbəlik vaxtlarından özünün «Futbol» qəzetini nəşr edirdi. İndi o, mənim fikrimcə jurnal kimi nəşr edilir. Başqa bir tələbə reklam agentliyi yaratmışdı. Belə fəaliyyət azadlığı çox vacibdir.
«KİV haqqında» Qanunda mətbuat azadlığı sahibkarlıq cəhəti öz əksini tapmamışdır. Orada deyilir ki, təsisçi təsdiq edir, baş redaktor redaktə edir, jurnalistlər yazırlar. Yeri gəlmişkən, jurnalistlərin baş redaktora və ya naşirə tabe olmamaq hüququ var. Sahibkar barədə isə Qanunda heç nə deyilmir.
Prinsip etibarı ilə, Qərbi Avropanın bir çox ölkələri və Amerika Birləşmiş Ştatlarında sahibkarların öz istədiklərini yazmağı baş redaktora əmr etmələri qəbul edilmir. Onlar belə qaydada redaksiya heyətini seçə bilərlər. Lakin KİV-in bugünkü inkişaf səviyyəsinə görə, bir tərəfdən qəzetin, jurnalın, radio və televiziya stansiyalarının əsas elementləri qərəzsiz, obyektiv və dolğun informasiya, o biri tərəfdən qəzetin mövcud olması üçün reklamın rolunun olduğu bir dövrdə jurnalist, kifayət qədər müstəqil və sərbəstddir. Əgər qəzetinizin oxunmasını istəyirsizsə, sizin yaxşı jurnalistləriniz olmalıdır. Əgər sizin öz mövqeyinə və əqidəsinə malik yaxşı jurnalistləriniz varsa, siz bunları nəzərə almalısınız. Əgər siz istedadlı jurnalistin xidmətindən imtina etsəniz, sizi az oxuyacaqlar, tirajınız azalacaq və sizə reklam verməyəcəklər. Mən bunu deməklə vurğulamaq onu istəyirəm ki, Rusiyada normal bazarın olmadığı şəraitdə jurnalistin ustalığından asılı olan qəzet yaratmaq mümkün deyil, çünki reklam bazarı çox məhduddur. Reklam hesabına, hələki pulsuz reklam qəzetləri və bir neçə aşağı səviyyəli əyləncə qəzetləri fəaliyyət göstərirlər. Ciddi qəzet, özünün ehtiyacsız mövcudluğunu təmin edə bilən reklam yığa bilməz. Bu vəziyyət redaksiyaları sponsorlardan əlavə gəlir axtarmağa məcbur edir. Bunlar varlı adamlar, hər hansı iri şirkətlərin sahibləri ola bilərlər. Bu KİV-in sponsordan asılılığına gətirir və azad mətbuatı azad sözdən məhrum edir.
Digər sponsor dövlətdir. O, vergiləri azalda və müxtəlif xidmətlər göstərə bilər. Nəticədə bizim mətbuat iki daşın arasında qalır: şəxsi və dövlət. Elə onlar da mətbuatı, televiziya və radionu özləri istədiyi kimi əyirlər. Bu dövləti həm Prezident, həm hakimiyyət, həm deputatlar, həm də məhkəmə deməkdir. Lakin, dövlətə, eləcə də bütün vətəndaşlar daxildir – bu, vətəndaş cəmiyyətidir. Lakin mənə elə gəlir ki, ümumiyyətlə insan hüquqları və xüsusilə insanın azadlıq hüququ, yalnız vətəndaş cəmiyyətinin inkişafı ilə həqiqətən həyata keçirilə bilər. Təəssüf ki, bizdə vətəndaş cəmiyyəti inkişafının ən başlanğıc halındadır. Buna dövlətin kobud təzyiqi və kapitalın həyasızcasına müdaxiləsi mane olur.
Sizə, yəqin belə ifadə tanışdır. Niyə İngiltərədə çəmənlik belə yaşıl və xoşagələndir? Onlar isə deyirlər ki, onu 300 il yetişdirirlər. İngiltərədə mətbuat azadlığı 300 ildir ki, mövcuddur. O, təmamilə gözlənilməz şəkildə, tam ingilis sayağı müəyyən edilib. İngiltərədə mətbuatın lisenziyalaşdırılması haqqında qanun var idi. Bu o demək idi ki, hər qəzet və ya jurnal və ya başqa nəşr icazə almalıdır. Qanunun müddətini uzatmaq lazım idi. Palata bunu etməyə qorxdu – qanunun müddətini uzatmadılar. Nəticədə İngiltərədə azad mətbuat yarandı. Beləliklə ingiltərə mətbuat azadlığı məsələsini həll etdi. 300 ildən artıqdır ki, İngiltərədə mətbuat azadlığı mövcuddur, ona görə də o, belə «yaşıl» və möhkəmdir.
ABŞ-da mətbuat azadlığı 200 il mövcuddur. Bizdə – 10 il. Əlbəttə, bu çox uzun yol deyil, burada bir neçə təbii qanunauyğunluq var. Fərz edək ki, qəzetlərin fəaliyyətinin lisenziyalaşdırılmasını təklif edirlər. Bu, mətbuat azadlığı prinsiplərini pozur. Mən istərdim ki, Konstitusiyada lisenzilaşdırılma ilə bağlı düzəlişlər edilməsi təklifi qəbul edilməsin və jurnalistlər vicdanlı insanlar kimi qalmaq hüququna malik olsunlar. Lakin bunu onlar da istəməlidirlər.

M.V.Lomonosov adına MDU-nun jurnalistika fakultəsinin dekanı,

professor Zasurski Yasen Nikolayeviç

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO