Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb

Sumqayıtlı əkiz qardaşlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nailiyyət qazanıblar. Belə ki, bu il Ağamalıyev ailəsinin iki övladı – Məhəmməd 694 balla, Əli isə 676 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunublar.

Şəhərin Təhsil Şöbəsindən AZƏRTAC–a bildiriblər ki, orta təhsillərini fərqlənmə attestatı ilə başa vuran Məhəmməd və Əli Ağamalıyevlər Sumqayıtdakı Texniki və Təbiət Elmləri Liseyinin məzunlarıdırlar. Əkiz qardaşlar gələcəkdə tibb sahəsində böyük uğurlara imza atmaq əzmindədirlər.

Ağamalıyevlər qardaşları kurikulum sistemi üzrə keçirilən ilk imtahanlarda iştirak ediblər. Məhəmməd bütün sualları tam – 700 bala uyğun cavablandırıb. Lakin bir sualı cavablandırarkən mexaniki qüsur səbəbindən səhvə yol verməsi ona ən yüksək nəticə əldə etməsinə mane olub.

Məhəmməd qəbul imtahanlarının həm də 1-ci mərhələsi olan 11-ci sinif buraxılış imtahanından 300 bal toplayaraq maksimum nəticə göstərib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO