İstanbulda azərbaycanlı müəllifin yeni kitabının təqdimatı olacaq

Türk Dünyası Araşdırmaları Uluslar Arası Elmlər Akademiyası. Türkiyə Qazeteçiler Birliyinin dəstəyi ilə azərbaycanlı filosof, müasir ədəbi məktəbin görkəmli nümyəndələrindən olan Hacı Fərhad Mirzəminin İstanbulda “Kəlamlar” kitabının təqdimatı keçiriləcək. Müəllifin yeni kitabı adıçəkilən Akademiyanın xətti ilə Ankarada “Özdeyişlər”(Kəlamlar) adı ilə nəfis şəkildə böyük tirajla nəşr edilib. Sonradan ingilis və rus dillərinə tərcümə edilən “Kəlamlar” kitabı öz müəllifinə 3-ü qızıl medal olmaqla 10 beynəlxalq mükafat qazandırıb. Ən böyük mükafat isə Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında ictimai təltiflər şurasının qərari ilə verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO