“Səs” İnformasiya Agentliyi (SİA) “İlin agentliyi” adına layiq görülüb

“Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı “Uşaq İli”nin nominantlarını açıqlayıb
“Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı (UGT) 2009-cu il – “Uşaq İli”ində uşaq hüquqları və gənclər sahəsində fərqlənən nominantların adlarını açıqlayıb. “Gənc Lider”lər UGT-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nominantlar il ərzində aparılan monitorinq və sorğular əsasında müəyyənləşdirilib. 2009-cu ilin ölkə başçısı tərəfindən “Uşaq İli” elan olunması baxımından bu il açıqlanan nəticələr xüsusi ilə əhəmiyyətlidir.

“Gənc Liderlər” UGT-nin açıqladığı nəticələrə görə, Azərbaycan prezidenti İlham Əliyev “Uşaq İli”nin elan olunmasında, uşaqların təhsil, sosial-məişət problemlərinin dövlət səviyyəsində həllində, onların beynəlxalq arenaya inteqrasiyasının təmin edilməsindəki roluna görə “İlin adamı” adına layiq görülüb.
Milli Məclisin üzvlərindən spiker Oqtay Əsədov, Mehriban Əliyeva, Aydın Mirzəzadə, Əhməd Vəliyev, Elmira Axundova, Nazim Məmmədov və Rauf Əliyev “İlin millət vəkili” adına layiq görülüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov “İlin ictimaiyyətə ən açıq mətbuat xidməti rəhbəri” adına layiq görülüb. “Bilik” Tədris və İncəsənət Mərkəzinin direktoru Səyyar Əliyev “İlin xeyriyyəçisi”, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə “İlin gənci” nominasiyası üzrə fərqlənib.

Media ilə bağlı seçimlərə gəldikdə isə “Səs” İnformasiya Agentliyi (SİA) “İlin agentliyi”, “Space” televiziyasının “Hər Gün” İnformasiya Proqramı isə “İlin televiziya proqramı” adına layiq görülüb.

Qeyd edək ki, nominatların təltif olunması ilə bağlı mərasim 16 dekabrda “Trend” Xəbərlər Şirkətində keçiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO