“Səs ” İnformasiya Agentliyi (SİA) “ilin agentliyi ” seçildi

Bu gün “Gənc liderlər” uşaq və gənclər təşkilatının təşəbbüsü ilə 2009-cu il uşaq ilinin yekunlarına dair konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbiri ilk olaraq giriş sözü ilə açan təşkilatın sədri Fərid Şahbazlı “Uşaq ili”nin uşaqların həyatında xüsusi əhəmiyyət daşıdığını qeyd edib və bildirib ki, biz təşkilat olaraq hesab edirik ki, 2009-cu ilin “Uşaq ili” elan olunması onların həyatına müsbət təsir göstərib və bu il onların problemlərinin bir hissəsi də olsa öz həllini tapıb.

Daha sonra o, təşkilatın “Uşaq ili” çərçivəsində həyata keçirdiyi tədbirlərdən söz açıb. O bildirib ki, bu il ərzində jurnalistlər arasında yazı müsabiqəsi, regionlarda bir sıra tədbir və konfranslar keçirilib və məktəblərdə 11 uşaq parlamenti yaradılıb. Fərid Şahbazlının sözlərinə görə, bir neçə dövlət qurumları da fəaliyyətləri ilə bu il xüsusilə fəqrləniblər. “Onların bu il ərzində gördüyü işlərə görə bizim təşkilat mükafatlar hazırlayıb. Mükafatlandırma bir neçə nominasiyalar əsasında təşkil edilib. Bunlar “ilin adamı”, “ilin millət vəkilləri”, “ilin media nümayəndələri” və “ilin dövlət qurumları” nominasiyalarıdır”,- deyə o əlavə edib.

Tədbirin davamında mükafatlar təqdim olunub. Beləliklə, “ilin adamı” adına Azərbaycan Respublikası Prezidenti İlham Əliyev layiq görülüb.”İlin millət vəkilləri” isə Oqtay Əsədov, Rauf Əliyev, Elmira Axundova, Nazim Məmmədov, Mehriban Əliyeva, Əhməd Əliyev, Aydın Mirzəzadə, Fuad Muradov seçiliblər. Daha sonra “Space” telekanalı və “Səs” İnformasiya Agentliyi (SİA) “ilin televiziyası” və “ilin agentliyi” mükafatına layiq görülüblər. “Gənc liderlər” həmçinin “İrəli” İctimai Birliyini, Daxili İşlər Nazirliyinin mətbuat xidmətini və digər qurumları da mükafatlandırıblar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO