Əsərləri ilə üsyan edən yazıçılar – Siyahı

Modern.az sizlərə yazdıqları ədəbi nümunələrlə azadlığa çağırış etmiş bədii söz ustalarının “qızıl onluğ”unu tərtib edib. Siyahıyla tanış olun:
1. Etel Lilian Voyniç

Azadlıq aşiqi olan Voyniçin “Ovod “ əsəri ədəbiyyatda azadlığın bədii heykəlinə çevrilib. İtaliya inqilabının qəhrəmanları Cüzeppe Harribaldi və Cüzeppe Madzininin obrazı olan “Ovod” ləqəbli Artur Berton insan hüquqlarının ədəbiyyat dünyasında ən böyük qoruyucularındandır. Azadlıq dəlisi olan xanım-yazıçı ölərkən vəsiyyətində külünün Nyu-York səmasında yayılmasını istəyib. 96 yaşında vəfat edən Voyniçın son istəyi yerinə yetirilib.

2. Corc Oruell

II Dünya müharibəsi dövründə jurnalist fəaliyyəti ilə məşğul olan Oruell zəmanəsinin ictimai və siyasi vəziyyətini çox gözəl səciyyələndirib. Publisistlik əsərləri ilə onları əks etdirsə də, totalitarizmə etirazını “Heyvanıstan“ və “1984” romanlarında bəyan edib. Bu əsərlər ictimai azadlığın ensiklopediyasıdır. 1984-cü il onun şərəfinə Oruell ili adlandırıldı.

3. Rayner Mariya Rilke

Rilke 1875-ci ildə Praqada doğulub. Xəstəliyi ucbatından hərbi liseydəki təhsilini yarıda qoyub, ticarət məktəbinə qəbul olundu. Azadlıq aşiqi olan şairin şeirləri bir növ gecə serenadalarını xatırladır.

4. Erix Mariya Remark

Alman yazıçının əsərlərinin əsas məzmunu müharibə və insan teleyi uğrunda mübarizədir. İnsan və onun aqibəti, həyat mübarizəsi azadlığa aparan yollar “Qərb cəbhəsində yenilik yoxdur”, “Zəfər tağları“, “Həyat qığılcımı” və digər romanlarında dərin əksini tapıb. Müəllifin özü 1914-1918-ci illərdə müharibədə döyüşdüyü üçün müharibənin bütün dəhşətlərini görüb-dadmış və həmin faciələri əsərlərində əks etdirib. Müharibə ilə yanaşı, azadlıq elementlər də Remark əsərlərində yardımçı xətt kimi keçir.

5. Qabriel Qarsiya Markez

1982-ci ildə Nobel mükafatına layiq görülən kolumbiyalı yazıçı romanlarında xalq hakimiyyəti, diktatura rejimli ölkələrdə insan və insana münasibəti ana xətt kimi inkişaf edir. Bu mənada “Patriarxın payızı“ romanı daha əhəmiyyətlidir. O, dünyanın bütün diktatorlarının ümumi cizgisini və aqibətini çox obrazda birləşdirib.

6. Baris Pasternak

Yəhudi əsilli rus şair və yazıçısı Baris Pasternak sovet ədəbiyyatının Nobelə layiq görülən ilk nümayəndəsidir. “Doktor Jiaqo” romanı totalitar cəmiyyətdə insanın hansı durumda olduğunu əks etdirir.

7. Kendzaburo Oe

Müəllifi olduğu “1960-cı ilin futbolu” romanı ədəbiyyata yeni səciyyə gətirdi. Roman eyni ildə 11 dəfə nəşr olundu. Burada insanların yanında özünü təsdiq etmə və onlara sevgi aşılanır. Nobel mükafatına layiq görülüb.

8. Alber Kamyu

1930-cu illərdə Alber Kamyu artıq Əlcəzairin aparıcı yazıçı və intelektuallarından biri sayılırdı. O, dramaturq, rejissor və aktyor kimi fəaliyyət göstərməklə yanaşı, həm də ölkənin əsas qəzeti olan “Alger Republica”nın redaktoru, siyasi icmalçısı və ədəbi şərhçisi idi. “Nikah” (1938) adlı ikinci kitabı çap olunandan sonra yazıçı həmişəlik Fransaya köçür. Avropanın demokratik ab-havasına məhz bundan sonra Kamyunun əsərlərinə hopur. 1957-ci ildə Nobel mükafatına layiq görülən Kamyu yazdığı hər roman, hekayə, hətta essedə belə insan azadlığı amilini hər şeydən daha vacib hal saymışdı.

9. Xose Luis Borxes

“Uydurulmuş hekayələr”, “Alef” və s. kitabların müəllifidir. Sehrli gerçəklik (Magic realism) axınının öncüllərindəndir və sürrealist yazıları ilə məşhurdur.

Joze Saramaqo

1998-ci ildə Nobel mükafatına layiq görülən portuqaliyalı yazıçı 2010-cu ildə 87 yaşında vəfat edib. Sosial bərabərsizlik əsərlərinin ana xəttini təşkil edir. Özünün ilk kitabını (“Terra do Pecado”) 1947-ci ildə nəşr etdirib. Bundan sonra 1966-cı ilə qədər heç bir əsəri çap olunmayıb. 1969-cu ildə gizli fəaliyyət göstərən Portuqaliya Kommunist Partiyasına üzv olub. “Qərənfil inqilabı”ndan sonra bir müddət (aprel-noyabr 1975) “Diário de Notícias” qəzeti ilə əməkdaşlıq edib. 1976-cı ildən özünü ədəbiyyata həsr edib. “Monastır haqqında xatirələrim” əsərini Fellini ekranlaşdırıb. Bu əsərinə görə Vatikan onu kafirlikdə günahlandırıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO