“Əsrin müqaviləsi “nin 15-ci ildönümünə həsr olunan miniatür kitab işıq üzü görüb

"Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunan miniatür kitab işıq üzü görüb“İndigo” mətbəəsində “Əsrin müqaviləsi. 15 il. 1994-2009” adlı miniatür kitab çapdan çıxıb. Bu kitabda “Əsrin müqaviləsi”nin 15-ci ildönümü münasibətilə 2009-cu il sentyabrın 15-də Bakıda keçirilmiş təntənəli mərasim haqqında geniş informasiya toplanıb.
Kitabın ilk səhifələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilir: “Əsrin müqaviləsi” Azərbaycanın qarşısında yeni üfüqlər açır”.
Sonra dövlətimizin başçısının həmin mərasimdə söylədiyi nitqin mətni verilir.
Kitabın zərli cildi və mətni illüstrasiya edən 15 ədəd rəngli foto bu nəşri daha baxımlı edir. Nəşrin forzasında Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kəmərlərinin xəritələri diqqəti cəlb edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO