Sərhədsiz reportyorlar Azərbaycan hökumətini qərarına yenidən baxmağa çağırır

«Sərhədsiz reportyorlar» təşkilatının Avropa və MDB ölkələri üzrə koordinatoru Elza Vidal xarici radiostansiyaları bağlamaqla Azərbaycanın bütün dünyaya prioritetinin söz azadlığının məhdudlaşdırılması olduğunu nümayiş etdirəcəyini bildirib. «Məgər ölkədə müstəqil və obyektiv informasiya verən mənbələr belə çoxdur?», – deyə E.Vidal bəyan edib. Onun sözlərinə görə, «Azadlıq» müxalifət nümayəndələrinin çıxış etdiyi yeganə radiodur. «Əgər ölkə hakimiyyəti bu radiostansiyaların yayımını dayandırarsa, həmin qərarı pisləməkdən başqa yolumuz qalmayacaq», – deyə Elza Vidal əlavə edib.

Mənbə: day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO