Siyavuş Novruzov: “Böyük Britaniyanın XİN nümayəndəsinin geniş formatda görüş keçirməməsi şübhə doğurur “

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz bölməsinin rəhbəri xanım Emma Beynzinin Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatlar ilə məhdud çərçivədə görüş keçirməsini düzgün hesab etmir.

S.Novruzov Trend-ə açıqlamasında bildirib ki, görüş daha geniş formatda keçirilsəydi, daha məqsəduyğun olardı: “Əslində gərək ölkədə olan bütün siyasi partiyalar ilə görüşlər keçirilsin və o halda bu normal hal kimi qarşılana bilər. Lakin ayrıseçkilik qoymaq, bir partiya və yaxud da ki, bir qeyri-hökumət təşkilatı ilə görüş keçirdib, o biri partiyalar və QHT-lər ilə heç bir görüş keçirməmək təbii ki, şübhə doğurur”.

Qeyd edək ki, xanım Emma Beynz müxalifət Müsavat, Xalq Cəbhəsi partiyaları və REAL hərəkatı ilə görüş keçirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO