Seyid Yəhya Bakuvinin “Şəfa əl Əsrar ” kitabı nəşr olunub

Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurasının qərarı ilə XV əsrdə yaşamış böyük sufi alimi Seyid Yəhya Şirvani Bakuvinin “Şəfa əl Əsrar” (Sufiliyin sirləri) əsəri işıq üzü görüb. Əlyazmalar İnstitutundan verilən məlumata görə, əsər təsəvvüf sahəsində Azərbaycan dilində yazılmış ilk nəsr əsərlərindən biri olmaqdan əlavə, həm məzmun, həm dil baxımından böyük əhəmiyyətə malikdir. Kitabın tərtibçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Mehmet Rıhtım kitaba yazdığı geniş ön sözdə Azərbaycanda təsəvvüfün tarixindən söz açıb. Yeni nəşrin elmi redaktorları fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə, filologiya elmləri doktoru Azadə Musayevadır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO