Sevgilim, mən öləndə bir küncdə xısın-xısın ağlayacaqsanmı sən?

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilir.


Trend-in məlumatına görə, Azərbaycanın xalq şairi Söhrab Tahir Vaqif Səmədoğlu barədə danışaraq bildirib ki, onun ölümü çox ağır itkidir: “Sıralarımızdan böyük bir şair getdi. O tez getdi, hələ 20 il də yaşaya bilərdi. Vaqif böyük Səməd Vurğunun oğlu olsa da, onun öz yolu, öz cığırı oldu”.

Xalq şairi ilə vida mərasimində qohumları, tanınmış ictimai-siyasi xadimlər, bir çox yazıçılar, şairlər, aktyorlar iştirak edirlər.

V.Səmədoğlu I Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) 2015-ci il yanvarın 28-də ömrünün 76-cı ilində vəfat edib.

Vaqif Səmədoğlu 1939-cu il iyun ayının 5-də Bakı şəhərində anadan olub. O, 1956-cı ildə Bülbül adına musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb, sonralar Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib.

Allah rəhmət eləsin!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO