Sergey Lavrov sentyabrın 1-i Azərbaycana gəlir

Sergey Lavrov sentyabrın 1-i Azərbaycana gəlirRusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər gəlir. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, səfər sentyabrın 1-də baş tutacaq.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, əməkdaşlıq perspektivləri, regionda gedən proseslər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO