“SİAsport” adlı idman saytı açılır

İdman sahəsində ixtisaslaşan internet saytlarının sırasına daha biri qoşulur. Modern.az-ın məlumatına görə, “Səs” İnformasiya Agentliyi özünün idman saytını təsis edib. Bu barədə əməkdaşımızla söhbətdə agentliyin və “Səs” qəzetinin rəhbəri Bəhruz Quliyev bildirib.
Onun sözlərinə görə, “SİAsport” adlı idman saytının təqdimatı yanvarın 11-də keçiriləcək.

“Həmin vaxt biz Bakı Əyləncə Mərkəzində “Səs” qəzetinin fəaliyyətə başlamasının 20 illiyi ilə bağlı mərasim keçirəcəyik. Mərasimdə idman saytımızın da təqdimatı olacaq”.

Xatırladaq ki, “Səs” qəzeti 1991-ci il yanvarın 11-də fəaliyyətə başlayıb. 2008-ci ilin avqustunda bu nəşrə aidiyyatı olan digər bir KİV – “Səs” İnformasiya Agentliyi də təsis olunub.
“SİAsport” bu media quruluşunun 3-cü orqanı olacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO