SAMF mətbuat xidmətlərinin ənənəvi reytinq sorğusuna başladı

SAMF mətbuat xidmətlərinin ənənəvi reytinq sorğusuna başladıFond media və xidmət əməkdaşlarının münasibətlərinin inkişaf səviyyəsini araşdırır
Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi”ni aydınlaşdıracaq reytinq sorğusuna start verib. İkinci dəfə həyata keçirilən rəy sorğusu 2009-cu il noyabr ayından “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adlı layihənin davamı kimi həyata keçirilir. Sorğu KİV-mətbuat xidməti münasibətlərinin 2010-cu ildə hansı istiqamətə doğru dəyişdiyini aydınlaşdırmaq niyyətilə reallaşdırılacaq. Sorğunun davam etdirilməsindən məqsəd öz üzərlərinə düşən həssas və məsuliyyətli bir vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən mətbuat xidmətlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, bununla da mətbuat xidməti institutları əməkdaşlarının işlərinə daha tələbkar yanaşmalarına və xüsusən də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır.
Rəy sorgusu fondun könüllüləri tərəfindən həyata keçiriləcək. Sorğunun KİV-lərdə çalışan 500 media təmsilçisi arasında aparılması nəzərdə tutulur. Nəticələr barəsində geniş ictimaiyyətə məlumat veriləcək.
SAMF KİV təmsilçilərindən sorğuları cavablandırarkən obyektiv olmağı, mətbuat xidmətləri qurumları ilə bağlı real durumun aydınlaşdırılması, media-mətbuat xidməti əməkdaşları arasındakı münasibətlərin əsl mənzərəsinin sorğuda öz əksini tapması üçün mümkün köməkliklərini əsirgəməməyi xahiş edir.
SAMF
24/01/2011

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO