Notice: Trying to get property of non-object in /home/azfreespeech/public_html/wp-content/themes/freespeech/sidebar-left.php on line 33

Media söhbətlər


Warning: Invalid argument supplied for foreach() in /home/azfreespeech/public_html/wp-content/themes/freespeech/sidebar-left.php on line 39

Xəbərlər arxivi

July 2020
M T W T F S S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

SAMF “Həsənbəy Zərdabi və “Əkinçi” adlı yeni kitabı çapa hazırlayır

Söz Azadlığını Müdafiə Fondu (SAMF) milli mətbuatımızın qaranquşu sayılan “Əkinçi”nin çapdan çıxmasının 135 illiyi münasibətilə yeni kitabın çapına start verib. FonddanModern.az-a verilən məlumata görə, kitabda xalqımızın qiraət müəllimi kimi yaddaşlarda yaşayan H.Zərdabi haqqında ayrı-ayrı mənbələrdən toplanmış məlumatlar, xatirələrlə yanaşı “Əkinçi” haqqında da indiyədək Azərbaycan dilində çap olunmamış yazılar oxucuların ixtiyarına veriləcək. 
Fonddan verilən məlumata görə, çap olunacaq yeni kitab milli mətbuatın 135 illiyinə əvəzsiz töhfə olmaqla bərabər mətbuat tədqiqatçılarının, tələbə və elmi işçilərin də diqqətini özünə cəlb edəcək, onlar üçün də gərəkli bir əyani vəsaitə çevriləcək. Bu aspektdə ən diqqəti çəkən yazılar təbii ki, hələ “Əkinçi”nin çapından əvvəl və onun ilk saylarından sonra o dövrün rus dilli mətbuatında ilk Azərbaycan dilli qəzet barədə ictimailəşən məlumatlardır. 

Kitabın ön sözünün müəllifi  fodun sədri, şair Musa Yaqub, redaktoru əməkdar jurnalist Tahir Aydınoğlu, tərtibçiləri Vüqar Tofiqli və Nəzirməmməd Quliyevdir. Kitabda Zərdabi haqqında ötən əsrdə yazılanlarla bərabər, ədibin müasir tədqiqatçıları professor İzzət Rüstəmov və Vəli Məmmədovun da araşdırmaları yer alıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO