Şamaxıda “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib

Mayın 2-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Şamaxı şəhərində “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər İmadəddin Nəsiminin Azərbaycanın dünya ədəbiyyatına bəxş etdiyi böyük şairlərdən biri olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Nəsiminin əsərləri Azərbaycan dilində yaranan şeirin inkişafında öz mütərəqqi xüsusiyyətləri ilə mühüm rol oynayıb.

Bildirilib ki, Nəsimi şair və mütəfəkkir kimi öz zamanının ən qabaqcıl, mütərəqqi simalarından idi. Nəsimi bir insanpərvər kimi, insan dostu kimi əsrlər arxasından irəliyə, gələcəyə baxırdı. Onun gözəl fikirləri, xoş arzuları, böyük sənət əsəri olan şeirləri bu gün daha yüksək qiymətləndirilir. Azərbaycan, fars və ərəb dillərində böyük və zəngin ədəbi irs yaratmış İmadəddin Nəsiminin şeirlərində ifadə olunan yüksək humanizm, dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq ideyaları zamanı daha da irəli aparan çağırışlardır.

Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO