SalamNews-un 4 yaşı tamam olur

SalamNews İnformasiya Agentliyinin bu gün 4 yaşı tamam olur.

Agentlik 2009-cu il noyabrın 16-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2010-cu il martın 1-dən rəsmi fəaliyyətə başlayıb. O vaxtdan açıq rejimli internetdə Azərbaycan, rus və türk dillərində xəbərlər yayan agentlik işini daim təkmilləşdirir, operativliyi, obyektivliyi, hadisələrə açıq münasibəti ilə seçilir. Ölkədə, MDB məkanında və dünyada baş verən xəbərləri oxucularına təqdim edən agentlik hadisələrin əyaniliyini və vizuallığını təmin etmək məqsədilə infoqrafikadan, video materiallarından və fotolardan maksimum bəhrələnir.

Hazırda respublikada fəaliyyət göstərən 30-dan çox informasiya agentliyinin rəqabət sahəsində dəst-xətti ilə seçilən informasiya agentliyi reklam verənlərin diqqət mərkəzindədir. Onlar agentliyin zövqlə tərtib olunmuş saytınının səhifələrindən və virtual tur xidmətindən bəhrələnərək, reklamlarını Azərbaycan, rus və türk dillərində yerləşdirirlər.

SalamNews 2011-ci ilin iyununda Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib. Eyni zamanda respublika müsabiqələrinin qalibi olub, fəxri fərmanlara, sertifikatlara layiq görülüb, “İlin brendi”ni qazanıb. Agentliyin əməkdaşları dəfələrlə müxtəlif dövlət qurumlarının və müstəqil təşkilatların plaket və mükafatlarına layiq görülüblər.

– See more at: http://salamnews.org/az/news/read/116741#sthash.zS2mDzy6.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO