SalamNews-un əməkdaşı “Azərbaycan naminə” foto müsabiqənin qalibi olub

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi və Milli Qurtuluş Gününün 20 illiyinə həsr olunmuş “Azərbaycan naminə” foto müsabiqəsinə yekun vurulub.

SalamNews xəbər verir ki, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilmiş müsabiqədə mükafatlar beş nominasiya üzrə verilib. Əməkdaşımız Orxan Kərimov “Qarşımızda duran vəzifələrdən biri də gəncliyi daha yaxşı hazırlamaq, tərbiyə etməkdir” nominasiyası üzrə I yerə layiq görülüb.

Beynəlxalq Mətbuat Mərkəzində bu gün fotomüsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Gənclər Fondunun nümayəndələri bildiriblər ki, müsabiqədən əsas məqsəd Heydər Əliyevin zəngin irsinin gənc nəslə aşılanması, milli-mənəvi dəyərlərin gənclər arasında təbliği, gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasından ibarət olub. Müsabiqə ənənəsi bundan sonra yaş fərqi qoyulmadan və daha əhatəli nominasiyalarda davam etdiriləcək.

– See more at: http://salamnews.org/az/news/read/111728#sthash.LgqCBLR1.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO