SalamNews “Gənclər Evinin Dostu ” mükafatına layiq görülüb

SalamNews İnformasiya Agentliyi (İA) “Gənclər Evinin Dostu” mükafatına layiq görülüb.

SalamNews xəbər verir ki, mükafat “Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik sosial inkişaf proqramının gənclərin inkişafına istiqamətlənmiş fəaliyyətini, daima ictimaiyyətə çatdırılmasında göstərdiyi dəstəyə görə verilib.

Mükafatı Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev agentliyin əməkdaşı Orxan Kərimova təqdim edib.

Mükfat həmçinin AzərTAc, APA, Trend, Gun.az və modern.az saytlarına da təqdim olunub.

Gənclər Evi layihəsi Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə “Dünya Türk Gəncləri Birliyi” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi gənclərin məşğulluq problemlərinin həllinə yardım göstərməkdir.

– See more at: http://salamnews.org/az/news/read/113508#sthash.P2xBtWic.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO