Sadiq bəy Əfşarın türkcə yazdığı şeirləri işıq üzü görüb

Sadiq bəy Əfşarın türkcə yazdığı şeirləri işıq üzü görübAzərbaycan Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu XVI əsrdə yaşamış, nəzm və nəsr əsərlərinin müəllifi Sadiq bəy Əfşarın türk dilində yazdığı şeirlərindən və əlyazmalarının fotokopiyasından ibarət məcmuə nəşr etdirib. Məcmuə müasir əlifba ilə 500 tirajla çap olunub.
İnstitutun direktor müavini, filologiya elmlər namizədi Paşa Kərimovun verdiyi məlumata görə, Sadiq bəy Əfşarın əsərlərinin tam məcmuəsi əl yazma şəklində Təbriz kitabxanasında saxlanılır.
Qeyd edək ki, I Şah Abbas hakimiyyəti zamanı Sadiq bəy Əfşar saray kitabxanasına rəhbərlik edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO