Səhiyyə naziri Oqtay Şirəliyev “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə naziri Oqtay Şirəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə Oqtay Kazım oğlu Şirəliyev “Şöhrət” ordeni ilə təltif edilsin”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO