“Sənin səsin – sənin gələcəyin: seçkilərdə gənclərin fəallığının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsinin icrasına başlanmışdır.

“Sənin səsin - sənin gələcəyin: seçkilərdə gənclərin fəallığının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsinin icrasına başlanmışdır.“Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)” “Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi ilə 01.09.2015-ci il tarixindən etibarən “Sənin səsin – sənin gələcəyin: seçkilərdə gənclərin fəallığının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsinin icrasına başlamışdır.
Layihənin əsas məqsədi ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə etmiş gəncləri seçki proseduru ilə bağlı maarifləndirmək, gənclər arasında infor¬ma¬siya çatışmazlığının aradan qaldırılmasına və seçkilər zamanı gənclərin yüksək seçici fəallığına nail olmaqdır. Həmçinin gənclərə seçkilərdə sadəcə seçici kimi deyil, həm də namizəd kimi iştirakın yolu, hüququ və prosedurları haqqında məlumat verməklə onların gələcəkdə yerli özünü idarəetmə orqanlarında təmsil olunmalarına töhfə verməkdir.
Qeyd edək ki, layihə 3 ay davam edəcək. Layihənin Bakı və Sumqayıt şəhərlərində həmçinin Şirvan, Cəlilabad, Şamaxı, Qobustan, Xaçmaz rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO