Səməd Vurğun 37-ci ildən necə qurtuldu? – Şairin Mir Cəfər Bağırovla DİALOQU

Xəbər verdilər ki, Səməd Vurğun gəlib. Mir Cəfər Bağırov dedi: “Buraxın içəri”. 

Səməd Vurğun içəri girdi. Mir Cəfər Bağırov onunla görüşdü və soruşdu: 
”Niyə yeni bir şey yazmırsan?”.
Səməd Vurğun qollarını açdı: “Vallah, ilham gəlmir, adamın əlləri…”. 
”Əlləri işlətmək lazımdır”, – Bağırov onun sözünü kəsdi, sonra da xəbər aldı: “Niyə sən özünə Vurğun təxəllüsünü götürmüsən, başqa ad qəhət idi?”.
Səməd Vurğun eşq macərasını nəql etməyə başladı. 
Mir Cəfər Bağırov birdən səsini ucaltdı: “Bəs deyirlər, sən Vurğun təxəllüsünü simvolik götürmüsən. Əslində, türklərə, Türkiyəyə vurğunsan”.
Səməd Vurğun cavab verdi: “Yalan deyirlər. iftiradır”.
Xeyli söhbətdən və izahatdan sonra Bağırov dedi: “Get, ağlını yığ başına, yaz”, – əli ilə stolun üstündəki qovluğa işarə etdi, – “bu, sənin haqqında yığılan materialdır. Hər şey hazır idi. Bircə mənim imzalamağım qalmışdı. Qol çəkmədim. Qərara gəldim ki, əvvəl səninlə danışım. Get, yaz-yarat”.
Səməd Vurğun ayağa durub dedi: “Yoldaş Bağırov, siz Səmədə bir köhlən at verdiniz, qol-qanadını açdınız. Gedirəm yazmağa. Özünüz görərsiniz”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO