Səfir: Malayziya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyəcək

Səfir: Malayziya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyəcək “Malayziya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək”. Trend-in məlumatına görə, bunu Malayziyanın Azərbaycandakı səfiri Roslan Abdul Rahman keçirdiyi mətbuat konfransında deyib.

Səfir deyib ki, Malayziya İslam həmrəyliyi ənənələrinə uyğun olaraq İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəli sürülən qətnamələri dəstəkləməyə davam edir.

Səfirin sözlərinə görə, Malayziya 19 iyun 2014-cü il tarixində İƏT-ə üzv olan Xarici İşlər Nazirləri Şurası tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul edilən qətnaməni tam dəstəkləyir: “Biz beynəlxalq ictimaiyyəti bu münaqişənin ədalətli həlli istiqamətində çalışmağa çağırırıq. Malayziya BMT Baş Assambleyasının 62/243 saylı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməsinin kosponsorudur. Malayziya ədalətli həll yolu ilə tapılıncaya qədər Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməyə davam edəcək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO