Rövşən İsax: “MTRŞ sədrinin ittihamı bizim seriala aid deyil”

“Bütün serialların zövqsüz olması fikri ilə razılaşmıram. Amma əksər seriallar həqiqətən çox zövqsüzdür”. Bunu Modern.az-a açıqlamasında “Sirr” serialının quruluşçu rejissoru Ülviyyə Könül bildirib.

Xatırladaq ki, bir gün öncə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli demişdi: “Təəssüf ki, seriallardakı zövqsüzlük, bayağılıq, şitlik, insanları qane etməyən mövzulara toxunulması problemi hələ də qalır”.

Ü. Könül məsələni şərh edərkən deyib: “Azərbaycanda serialların primitiv və bayağı olmağının səbəbini qeyri-peşəkarların bu işə cəlb olunmasıdır. Yaxşı olardı ki, hər yoldan ötən rejissor olmasın”.

ATV kanalında yayımlanan “Pərvanələr rəqsi” serialının rejissoru Rövşən İsax isə deyib ki, N.Məhərrəmlinin zövqsüzlük, bayağılıq barədə qeydi qətiyyən “Pərvanələr rəqsi “filminə aid deyil. Azərbaycan kanallarında yayımlanan heç bir seriallardan xəbəri olmadığını deyən rejissor bildirib ki, əgər MTRŞ sədri bunu deyibsə, deməli, elə bir problem var. “Amma bunun “Pərvanələr rəqsi” serialına aid etmirəm”.

R.İsax Azərbaycanda peşəkar aktyor və aktrisaların yetəri qədər olduğunu deyib. “Amma yaxşı serial çəkmək üçün kifayət qədər maliyyə olmalıdır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO