“İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi “

"İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi"Fevralın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi olan “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan YAP sədrinin müavini – icra katibi Əli Əhmədov bildirib ki, kitab Cənubi Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən birindən – İrəvan xanlığından bəhs edir. Ə.Əhmədov kitabın rus və ingilis dillərinə tərcümə edilərək dünya ictimaiyyətinə təqdim ediləcəyini söyləyib. AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov kitab haqqında geniş məlumat verib. O, bildirib ki, kitabda yalnız tarixi sənədlərə istinad olunub. Mərasimdə Milli Məclisin deputatları – akademik İsmayıl Hacıyev, YAP Siyasi Şurasının üzvü Musa Quliyev və tarix elmləri doktoru Fəzail İbrahimli çıxış edərək kitabın əhəmiyyətindən bəhs ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO