Rusiyada Nəriman Nərimanovun yubileyi keçiriləcək

2010-cu ilin aprelindən yay aylarının sonunadək Rusiyanın Həştərxan vilayətində Azərbaycanın görkəmli yazıçısı və ictimai xadimi Nəriman Nərimanovun 140 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı tədbirlər keçiriləcək. Bu qərar Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyində nazir Denis Afanasyevlə Bakı şəhər Nərimanov rayonunun İcra Hakimiyyəti heyətinin nümayəndələri ilə keçirilən görüş zamanı alınıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Ümum Rusiya Azərbaycanlıları Konqresinin regional bölməsinin və “Azərbaycan” ictimai təşkilatının nümayəndələri iştirak ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO