Rusiya Xəzərdəki hərbi gəmilərinin döyüşə hazırlığını yoxlayır

Rusiyanın Xəzər Donanmasının hərbi gəmiləri Cənub Hərbi dairəsində birləşmələrin döyüş hazırlığının yoxlanılması çərçivəsində dənizə çıxarılıb.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 10 ədəd hərbi gəmi, kater və təchizat gəmilərindən ibarət qrup Mahaçqala limanından dənizə çıxaraq təlim-döyüş tapşırıqları yerinə yetirib.

“Təlimlərdə “Dağıstan” raket gəmisi, desant katerləri və diversiya əleyhinə “P-351 Qraçonok” kateri, hidroqrafik xidmətin və köməkçi donanmanın gəmiləri hərəkətə gətirilib”, – deyə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatında qeyd olunur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO