Rusiya və Türkiyə prezidentləri Bakıda “Türk axını “nı müzakirə edəcəklər?

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Bakıda “Türk axını” da daxil olmaqla, böyük layihələri müzakirə edə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov jurnalistlərin “Türk axını” qaz kəməri və Ankaraya boru xəttinin inşasına icazə verilməsi üzrə hökumətlərarası müqavilənin imzalanması məsələsinin müzakirə edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırıb: “Bəli, ümid edirik ki, belə bir görüş baş tutacaq və Bakıda keçiriləcək tədbirlərdə dövlət başçıları danışıqlar apara biləcəklər. Vaxt imkan versə, ikitərəfli gündəlikdə dayanan böyük aktual layihələrlə bağlı fikir mübadiləsi apara biləcəklər”.
Mətbuat katibi qeyd edib ki, energetika sahəsində birgə layihələrin reallaşdırılması ilə bağlı məsələlər ötən gün baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.
Xatırladaq ki, V.Putin və R.T.Ərdoğan Bakıda ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO