Rusiya piara 10 milyon dollar sərf edib

Nəşr Rusiya hökümətinin maraqlarının Ketchum, Washington Group və Gplus Europe firmalarının təmsil etdiyini vurğulayır. İlk dəfə bu firmalara Rusiya 2006-cı ildə Sankt-Peterburqda keçirilən G8 sammitinə hazırlıq dövründə müraciət etmişdir. Bunun üçün Rusiya höküməti 2 milyon dollar ödəmişdir.

2007-ci ilin əvvəllərində isə Rusiya PR-xidmətləri, Amerika nəşrləri ilə əlaqələrin saxlanılması məqsədilə 845 min dollar məbləğində Ketchum ilə müqavilə imzalamışdır. Jurnalın yazıdığına görə, son iki il ərzində Rusiya Ketchum və Washington Group firmaları ilə ümumilikdə 8 milyon dollar dəyərində müqavilələr imzalamışdır. Bu müqavilələr çərçivəsində RR-firmalar Rusiya siyasətçilərinin Ağ Ev və Konqres nümayəndələri ilə görüşlərini, Piter İqtisadi Forum və Valday klubunun işini təşkil edirdi.

Bundan əlavə, agentliklər Rusiya siyasətçilərinin Amerikanın CNN, ABC Nes, Fox News, The Wall Street Journal, Bloomberg və digər aparıcı KİV-ri ilə çoxsaylı müsahibələrini təşkil etmişdir.

lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO