Rus yazıçılarının əsərləri Azərbaycan dilində nəşr olunacaq

Yaxın günlərdə “Dünya Ədəbiyyatı” jurnalının dəstəyi ilə 2 kitab işıq üzü görəcək. Kitablardan biri görkəmli rus yazıçısı Andrey Platonun hekayələrindən, digəri isə ötən əsrin əvvəllərində Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul olmuş yazıçı-pedaqoq Vinsan Krevenin “Şərq hekayətləri” ndən bəhs edəcək. Bu barədə Modern.az-a məlumat verən “Dünya Ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu bildirib ki, əsərləri dilimizə Rusiyada yaşayan həmyerlimiz Mahir Həmzəyev tərcümə edib. Qeyd edək ki, nəşrə hazırlanan kitablarda görkəmli Azərbaycan şairi Abdulla Şaiqin yazdığı məqalə də yer alacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO