Rus dilində yeni nəşrlər

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovun “Azərbaycan aşıq sənəti. Göyçə mühiti” və “Rus ədəbiyyatı məsələləri Azərbaycan ədəbiyyatşünaslığında” əsərləri rus dilində işıq üzü görüb. Bu barədə AMEA-dan məlumat verilib. “Azərbaycan aşıq sənəti. Göyçə mühiti” kitabının redaktorları f.e.d. R.F.İslamov və f.e.d. F.İ.Urmançiyevdir. Kitab 3 fəsildən (“Göyçə aşıq mühitinin tədqiqi tarixi”,”Aşıq sənətinin inkişaf mərhələləri”,”Göyçə aşıq mühiti”) ibarətdir. Nəşrin rəyçiləri isə AMEA-nın müxbir üzvü Nizami Cəfərov və akademik İsa Həbibəylidir. “Rus ədəbiyyatı məsələləri Azərbaycan ədəbiyyatşünaslığında” kitabının redaktoru f.e.d. R.F.İslamov, rəyçilər isə f.e.n. A.Xəlil və f.e.d., professor A.Hacılıdır.
Monoqrafiyada görkəmli ədəbiyyatşünas, tənqidçi akademik M.Arifin qədim rus söz sənəti, XVIII əsr və XIX əsrin sonu XX əsrin əvvəlləri yeni dövr rus ədəbiyyatı haqqında araşdırmaları təhlil olunur. Akademik M.Arifin rus ədəbiyyatı ilə bağlı araşdırmaları f.e.d. Hüseyn İsmayılovun tədqiqində obyektiv və müasir filoloji fikrin tələblərinə uyğun şəkildə işıqlandırılıb. Kitab giriş, üç fəsil və nəticədən ibarətdir. Azərbaycan hüdudlarından kənarda, Kazanda işıq üzü görmüş bu kitablar müasir filoloji fikrimizin əcnəbi oxucuların diqqətinə çatdırılması istiqamətində atılmış ən mühüm addımlardandır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO