Rus dilində “İslam ensiklopediyası” layihəsi həyata keçirilir

Rusiyada “Pravoslav ensiklopediyası”ndan sonra islam ensiklopediyası nəşr ediləcək. Layihənin birinci mərhələsi İslam Mədəniyyəti, Elmi və Təhsilinin Dəstəklənməsi Fondu və Türkiyə Dini Fondunun Tədqiqatlar Mərkəzi tərəfindən maliyyələşdirilir.

SalamNews Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ilk 5000 nüsxə nəfis tərtibatda, şəkillər, illüstrasiyalar, sxemlər, xəritələrlə nəşr ediləcək. “İslam ensiklopediyası”nın tam nəşri 3-4 ildən sonra başa çatacaq.

Naşirlər arasında əldə edilmiş razılığa görə, Moskva İslam Universitetinin bazasında akademik və teoloji profilli islam mütəxəssislərindən, habelə müsəlman təşkilatlarının, o cümlədən Rusiya Mərkəzi Müsəlmanlar İdarəsinin, Rusiya İslam Həmrəyliyi Assosiasiyasının, Rusiya Müftilər Şurasının, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin nümayəndələrindən ibarət elmi məşvərət şurası formalaşdırılacaq. Şuranın üzvləri “İslam ensiklopediyası” konsepsiyasının, sözlüyünün razılaşdırılmasında, mətnlərin redaktəsində iştirak edəcəklər.

Ensiklopediya islam haqqında obyektiv məlumat verəcəkdir. Nəşrin müəllif hüquqları Rusiya fondu ilə Türkiyə mərkəzi arasında bərabər bölünəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO