Rus dili və ədəbiyyat fənni üzrə elmi-metodiki seminar keçirilmişdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər ki, rus dili və ədəbiyyat fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Seminarda 2009-cu ildə ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanında rus dili fənnindən istifadə edilmiş test tapşırıqları (C və D variantı) müzakirə olunmuşdur.
Müzakirələr göstərmişdir ki, test tapşırıqları proqram materialını əhatə etməklə, abituriyentlərin bilik, bacarıq və vərdişlərinin üzə çıxarılmasına yönəlmişdir. Tapşırıqlar qəbul proqramından kənara çıxmamışdır. Ümumilikdə abituriyentlərin bilik səviyyəsi qənaətbəxşdir. Onların əksəriyyəti isim, əvəzlik, orfoqrafiya, bağlayıcıların sintaktik roluna dair terminoloji və faktoloji tapşırıqlara yaxşı cavab versə də, bağlayıcı sözlər, mürəkkəb cümlədə durğu işarələri, söz tərkibinə dair tapşırıqlarda çətinlik çəkmişlər.
Müzakirələr nəticəsində imtahan zamanı abituriyentlər üçün çətinlik törətmiş mövzulara dair test tapşırıqları haqqında “Abituriyent” jurnalının ikinci nömrəsində ətraflı izahatlar verilməsi qərara alınmışdır.
Növbəti seminarda 2009-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanında rus dili fənnindən təklif olunmuş test tapşırıqlarının müzakirəsi aparılacaqdır.

(AzərTAc)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO