“Ruhun şad olsun, ustad!” kitabının təqdimatı olub

Azərbaycan Mətbuat Şurasında (AMŞ) Əməkdar jurnalist Məzahir Süleymanzadənin “Ruhun şad olsun, ustad!” kitabının təqdimatı keçirilib.

SalamNews xəbər verir ki, mərasimi açan AMŞ sədri Əflatun Amaşov bildirib ki, istedadlı jurnalist M.Süleymanzadənin bu kitabı ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə töhfədir. Kitabda yer alan yazıların müəllifləri də media ilə sıx bağlı olan şəxslərdir.

Kitab Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun məqaləsi ilə başlayır və həyatının müxtəlif məqamlarında ulu öndər Heydər Əliyevlə bağlı xatirələri olan həmkarların təəssüratları ilə davam etdirilir.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın redaktoru Əməkdar jurnalist Yusif Kərimovdur.

– See more at: http://az.salamnews.org/az/news/read/73458/ldquoruhun-shad-olsun-ustadrdquo-kitabinin-teqdimati-olubnbspnbspnbsp/#sthash.J17Ox5MB.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO