«RUH» AJMK «Jurnalistlərin dostu» mükafatı verəcək

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi «Jurnalistlərin dostu» mükafatını təqdim edəcək.

Komitədən SalamNews-a verilən məlumata görə, mükafatın laureatının adının müəyyənləşdirilməsi üçün respondentlərə paylanacaq anketlərin hazırlanması prosesi artıq başa çatıb. Tezliklə anketlər təyinatı üzrə təqdim olunacaq.

Anketlər tanınmış qəzet, jurnal, informasiya agentliyi, internet media resursu, jurnalist təşkilatı və media eksperti olmaqla ümumilikdə 100-dək respondentə paylanacaq. Bu prosesin sentyabrın sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Mükafatın təqdimatı oktyabr ayının əvvəlində keçiriləcək və bu barədə cəmiyyətə əlavə məlumat veriləcək.

«Jurnalistlərin dostu» mükafatı Azərbaycan vətəndaşı olan, ölkədə söz və mətbuat azadlığı prinsiplərini müdafiə edən vəzifəli şəxslərə, ictimai və siyasi xadimlərə verilir.

– See more at: http://salamnews.org/az/news/read/93659/laquoruhraquo-ajmk-laquojurnalistlerin-dosturaquo-muumlkafati-verecek/#sthash.c6jJDm9l.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO