Rəsul Rza Ankarada anılıb

Rəsul Rza Ankarada anılıbTÜRKSOY və Avrasiya Yazıçılar Birliyinin təşkilatçılığı ilə Ankarada xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş anma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay türk dünyasının görkəmli şairlərindən olan Rəsul Rzanın poeziyasının dəyişiklik və yenilikçilik ruhu ilə bəsləndiyini bildirib. TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın son illər Azərbaycan mədəniyyəti və ədəbiyyatının təbliği istiqamətində gördüyü işlərdən bəhs edərək, Rəsul Rzanın şeirlər kitabının da nəşr olunduğunu vurğulayıb. Rəsul Rzanın oğlu, xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən ehtiram üçün tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yubiley tədbirləri dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyənin müxtəlif şəhərlərində keçiriləcəyini bildirib.
Mərasimin sonunda Rəsul Rza haqqında sənədli filmin nümayişi olunub, azərbaycanlı müğənni Cavid Təbrizli şairin sözlərinə bəstələnmiş mahnıları səsləndirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO