Rüstəm İbrahimbəyov Xəzər TV-ni məhkəməyə verə bilər

Azərbaycan Ziyalılar Forumunun üzvü, tanınmış dramaturq Rüstəm İbrahimbəyov “Xəzər” telekanalını məhkəməyə verə bilər. Bu barədə Modern.az-a R.İbrahimbəyovun vəkili Fuad Ağayev deyib. O, Xəzər TV-də Rüstəm İbrahimbəyovla bağlı yayımlanan veriləşə münasibət bildirərək bu haqda məhkəməyə müraciətin edilib-edilməyəcəyi qərarının dramarutq tərəfindən veriləcəyini deyib.
“İstənilən halda belə qərarı Rüstəm bəy özü verir. Rüstəm bəy ehtiyac bilərsə yəqin ki, müraciət olunacaq”,- deyə vəkil bildirib. Xatırladaq ki, bir müddət əvvəl “Xəzər” telekanalında dramaturq Rüstəm İbrahimbəyovla bağlı qeyri-etik sujet yayımlanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO