Şərqşünaslıq İnstitutuna yeni kitablar hədiyyə olnub

Şərqşünaslıq İnstitutuna yeni kitablar hədiyyə olnubAzərbaycandakı səfiri Həssan Hami Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva ilə görüşən səfir instituta Mərakeşlə bağlı kitablar hədiyyə edib. Şərqşünaslıq İnstitutunda bu ilin fevralındakı görüşünü xatırladan səfir, o zaman ona olan müraciət əsasında ölkəsinin xarici işlər və mədəniyyət nazirliklərinə müraciət edərək, müvafiq ədəbiyyatın toplanmasını xahiş etdiyini söyləyib. Həssan Hami təqdim edilən ədəbiyyat sırasında poeziyaya, nəsrə, fəlsəfəyə və digər sahələrə aid kitabların olduğunu bildirib. İnstitutun kitabxanasına hədiyyə edilən kitablara görə Mərakeş səfirinə təşəkkürünü bildirən Gövhər Baxşəliyeva, müxtəlif mövzuları əhatə edən bu kitabların tədqiqatçılara faydalı olacağını deyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO