İREX icma məlumat mərkəzinin Lənkəran ofisində jurnalistlər üçün seminar keçirilib

Lənkəran şəhərindəki İREX icma məlumat mərkəzinin ofisində Azərbaycan Yeni Media Proqramı çərçivəsində ”Bilgi əldə edilməsi hüququ” mövzusunda cənub bölgəsinin jurnalistləri üçün treninq keçirilib.

SalamNews-un bölgə müxbiri xəbər verir ki, konfrans Media Hüquq İnstitutu və Fridrix Ebert Fondunun təşkilatçılığı ilə baş tutub. Təlimin əsas məqsədi informasiya azadlığının dəyəri, önəmi və əsas prinsipləri, ictimai bilgilər, ictimai informasiya sahibləri, ictimai qurumlar, onların vəzifələri və informasiya azadlığı ilə bağlı öhdəliklərin jurnalistlərə çatdirilmasi olub. Təlimdə Bakı Dövlət Universitetinin professorları Zeynal Məmmədli, Qulu Məhərrəmli, Vətəndaş Cəmiyyəti Uğrunda Qadınlar Alyansının icraçı direktoru Niyazi Mehdiyev və Media Hüquq İnstitunun icraçı direktoru Rəşid Hacılı iştirak ediblər.

Konfransda qeyd olunub ki, vətəndaşlığından və peşəsindən asılı olmayaraq, hər kəs bilgi istəyə bilər. Burada heç bir vətəndaşlıq tələbi qoyula bilməz və bilgini nə üçün axtardığını əsaslandırmağa gərək yoxdur. Publik funksiyaları yerinə yetirən bütün özəl qurumlar sahib olduğu bütün bilgiləri məlumat verməlidirlər. Hər bir imtina cavabı bilginin gizli tutulmasının səbəblərini aydın göstərməlidir.

Treninqdə iştirakçılara mövzu ilə bağlı kitablar paylanılıb. Təlimdə fərqlənən jurnalistlərə sertifikatlar təqdim olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO