REN TV və “Beşinci kanal ” öz xəbərlərindən imtina edəcəklər

REN TV və “Beşinci kanal” öz xəbərlərindən imtina edəcəklər

2010-cu ildən etibarən REN TV və “Beşinci kanal” televiziya kanalları öz xəbərlərindən imtina edərək, “Rossiya Today” dövlət teleşirkətinin xüsusi xəbərlər bölməsinin xidmətlərindən yararlanacaqlar. Bu telekanallar “Rossiya Today”in xəbərlərindən istifadə etməyə başladıqdan sonra, Rusiya Federasiyasında müxalif yönümlü telexəbərlər qalmayacaqdır.

Hazırda REN TV və “Beşinci kanal”, xəbərlər siyasəti dövlətin siyasətindən fərqlənən yeganə telekanallardır. “Kommersant” qəzetinin bildirdiyinə görə, telekanalların siyasətindəki bu dəyişiklik onların maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədardır.

Ümumiyyətlə, 2010-cu ildə REN TV və “Beşinci kanal”ı bir çox dəyişikliklər gözləyir. Bu dəyişikliklərin detalları rəsmi olaraq noyabr ayında elan olunacaq. Tam adı “Peterburq-Beşinci kanal” olan “Beşinci kanal”ın adından “Peterburq” sözü götürüləcək. Bundan əlavə, hər iki kanal “RİA Novosti”nin Zubov bulvarındakı binasına köçəcək.

“Kommersant” qəzeti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO