“Reket ” qəzetlərin Mətbuat Şurasına hücumları özlərinə qarşı çevrildi

“Hədəf olmağına hədəfik. Gördüyüm qədərilə məsələ tənqid deyil təhqir hədəfinə çevrilməkdədir. Buna yol verənlər normal kütləvi informasiya vasitəsi sayıla bilməz. Mövcud statistika da bir sıra uyğunsuzluqlardan xəbər verir.

“Reket nəşr”lərin satışı bir-iki faizdir. Tirajları heç yüzə çatmır. Onları maraqlandıran şantaj etmək böhtan atmaqdır. Hesab edirəm ki cəmiyyətimiz ilk növbədə media ictimaiyyətimiz məsələyə sərt reaksiya göstərməlidir”. APA-nın məlumatına görə bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli son günlər Mətbuat Şurasının (MŞ) “qara siyahı”sında yer alan nəşrlərin o cümlədən “Təzadlar” və “Gündəlik Bakı” qəzetlərinin MŞ sədri və qurumun İdarə Heyəti üzvlərinin ünvanına silsilə yazılar dərc etməsinə münasibət bildirərkən deyib.

Mətbuat Şurasının İdarə Heyətində də təmsil olunduğunu bildirən V.Səfərli qurumun qərarlarının kollegial şəkildə açıq səsvermə yolu ilə qəbul olunduğuna diqqəti çəkib. Onun sözlərinə görə hər bir qərarın çıxarılmasında Azərbaycan jurnalistikasının nüfuzu və maraqları prioritet götürülür. Bunu istər həqiqi jurnalistlər istərsə də cəmiyyətin müxtəlif təbəqələri yaxşı dərk edir. “Qərarlarımızda məsuliyyət yükü hamımıza məxsusdur. Əsas məqsədimiz düz yolda olmayan media vasitələrini bu yola döndərməkdir. Bunun üçün bütün mümkün mexanizmlərdən istifadə olunur. Bilirsiniz ki Fond “qara siyahı”da yer alan qəzet və jurnalları müsabiqələrə buraxmır. Fərdi jurnalist yazıları müsabiqəsinin şərtləri müvafiq materialların belə kütləvi informasiya vasitələrində dərcinə yol vermir. Düşünürəm ki gələcək fəaliyyətimizdə bununla bağlı məqamlar daha çox nəzərə alınacaq” – deyə o vurğulayıb.

MŞ sədrinin müavini Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu isə “reket jurnalistika”nı ölkədə medianın adına utanc gətirən fakt kimi dəyərləndirib: “Mətbuat Şurası İdarə Heyətinin üzvlərinə qarşı belə nalayiq kampaniyanın aparılması təəssüfləndiricidir. Məni bir şey də düşündürür necə olur ki bir qrup Azərbaycanın aparıcı media vasitələrinin seçimi əsasında formalaşan təşkilatın təmsilçilərinə qarşı bu cür metodlardan istifadə etməyə cəsarət tapır? Fikrimcə məsələ daha ciddi müzakirə olunmalıdır. Nəzərə alınmalıdır ki Mətbuat Şurası hansısa nəşr barədə ciddi ölçü götürürsə məsələ elə-belə deyil”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Mətbuat Şurasının son vaxtlar “reket jurnalistika”ya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin cəmiyyətdə kifayət qədər əks-səda doğurduğu qənaətindədir. Baş redaktor Şuranın mübarizəsinin bir qədər də intensivləşdirilməsinin tərəfdarıdır. “Türkiyədə bir jest var – ayağından atmaq. Bu nalayiq hərəkətə yol verənlər barədə istifadə edilən tədbirdir. Özündə güclü ictimai qınaq məzmunu daşıyır. Hesab edirəm ki Şuranın “qara siyahı”sında yer alanların bəziləri barədə cəmiyyət oxşar effekt yaradan ölçü götürməlidir. Əks halda təhqir hədəflərinin çevrəsinin genişlənməsi qaçılmazdır” deyən R.Arifoğlunun fikrincə hazırkı dövrdə Mətbuat Şurasının müvafiq səlahiyyət mexanizmlərinin verilməsi müzakirə predmetinə çevrilə bilər.

“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov da Mətbuat Şurasının “reket jurnalistika”ya qarşı mübarizəsinin intensiv səciyyə daşıdığı fikrini bölüşür. Bununla belə o prosesdə müəyyən yerindəsayma meyllərinin duyulduğunu da deyir: “Mətbuat Şurasının mətbu reketçiliyə qarşı fəaliyyəti sanki yerə tökülmüş bir ton buğdanı əl ilə yığmaq istəyinə bənzəyir. Belə olmamalıdır. Bu cür nəşrlər Azərbaycan mətbuatına aid deyil onlara qarşı sanksiyalar tətbiq olunmalıdır. Mətbuat Şurasına bununla bağlı səlahiyyət verilməsi məsələsi gündəmə gətirilməlidir”.

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev “reket jurnalistika”ya qarşı mübarizədə qanuni mexanizmlərin tətbiqini zəruri sayıb. Çünki Mətbuat Şurasının fəaliyyəti nəticəsində meydana çıxan faktlar onu göstərir ki bu tipli “reket nəşr”lər üçün əsas xarakterik cəhət təkcə peşə prinsiplərinin pozulması deyil. Onlar ölkə qanunvericiliyinə də tam etinasız yanaşır. B.Həziyev həmçinin məsələnin ciddiliyinin müvafiq dövlət qurumları tərəfindən də yetərincə qəbul edilməsinin vacibliyini vurğulayıb: “Mətbuat Şurasının İdarə Heyətində ölkənin tanınan media vasitələrinin jurnalist birliklərinin təmsilçiləri həmçinin nüfuzlu ictimaiyyət nümayəndələri cəmləşib. Bu mübarizə yalnız onların deyil jurnalistika peşəsinin həqiqi daşıyıcısı olan hər bir qələm sahibinindir”.

“Reket jurnalistika”nın geniş ictimai bəlaya çevrildiyini vurğulayan MŞ İdarə Heyətinin üzvü “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də vəziyyətdən ilk çıxış yolu kimi hüquqi mexanizmlərin dəyərləndirilməsini irəli sürüb. “Reket nəşr”lərin hədəfinin təkcə ayrı-ayrı vəzifə sahibləri olmadığını bu sırada sadə vətəndaşların da yer aldığını vurğulayan V.Rəhimzadə xüsusilə ikinci cəhətə diqqət yetirilməsini zəruri sayıb. “Ümumiyyətlə hər birimiz ilk növbədə Azərbaycan vətəndaşıyıq. Şərəf və ləyaqətimiz var. “Reket nəşr”lərin rəhbərləri isə görünür mövcud həssas məqama qətiyyən əhəmiyyət vermir. Ola bilər bu haqda ümumiyyətlə məlumatları yoxdur. Hər halda Mətbuat Şurası illərdir onları başa salır loru desəm danlayır. Ancaq hər şeyin bir həddi var” – deyə o əlavə edib.

V.Rəhimzadənin sözlərinə görə MŞ-nin “reket nəşr” adlandırmasında media orqanlarının hədəfə çevirdiyi hüquqi və ya fiziki şəxsə münasibətdə seçilmiş ifadələrdəki forma və metodların dəyərləndirilməsi əsas götürülür. Bu meyarlar əsasında KİV-lərin adı “qara siyahı”ya salınır: “Lakin siyahıda yer alan bəzilərinin fəaliyyəti bizi daha radikal addımlar atmağa vadar edir. Bu mənada hamının Əflatun Amaşovun “qara siyahı”nın daha da tündləşdirilməsinə ehtiyacın duyulmasına dair fikrindən lazımi nəticə çıxarmasını istərdim. Media ictimaiyyətimiz və bütövlükdə cəmiyyət Şuranın mübarizəsinə göstərdiyi dəstəyi bir qədər də artırmalıdır. “Reket nəşr”lər havadarları ümumiyyətlə onlarla əlaqəsi olan hər kəs isə nə qədər ki gec deyil düşünsün. Axırı olmayan yoldadırlar”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO