“Reket jurnalistlər” məmurların mobil nömrələrini bir-birlərinə pulla satırlar


Azərbaycan Jurnalistlər Birliyinin Lənkəranda fəaliyyət göstərən Media Resurs Mərkəzi Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə həyata keçirilən “Jurnalistlərin Media Resurs Mərkəzi” layihəsi çərçivəsində yerli KİV-lərin və QHT-lərin iştirakı ilə “Region KİV-lərinin maddi-texniki vəziyyəti-problemlər və perspektivlər” mövzüsünda Dəyirmi Masa keçirib.
Modern.az-ın məlumatına görə, layihənin rəhbəri Xaqani İbadov bildirib ki, yerli jurnalistlərin və qəzetlərin vəziyyəti nikbinliyə əsas vermir. Rayon qəzetlərinin maddi-texniki bazasının bərbad olduğunu deyən layihə rəhbəri deyib ki, bölgə qəzet redaksiyalarının əksəriyyətində ən zəruri texniki vasitlərəri belə yoxdur. Bu isə qəzetlərin mütəmadi çıxmasında və yayılmasında ciddi problem yaradır. Peşəkar jurnalist ənənələrinin yoxluğu informativ cəhətdən çevik qəzetlərin ortaya çıxmasında iddi əngəl yaradır.
“KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması region qəzetlərində bir ümid yaradıb. Yerli qəzetlər Fondun gələcək layihələrində iştirak etmək istəyirlər. Fondun rəhbərliyi belə imkanın yaxın gələcəkdə yaradılacağını vəd edib” –deyə X. İbadov bildirib.
Dəyirmi masada iştirak edən yerli qəzetlərin baş redaktorları, jurnalistlər rayon qəzetlərinə olan diqqətsizlikdən narazılıqlarını bildiriblər. Jurnalistlər çıxışlarında bir sıra vacib məqamlara toxunublar. Ən diqqətçəkən amil yeni jurnalist kadrlarının azlığı və informasiya əldə etməkdə olan problemlər olub. Yerli jurnalistlər məmurların onlara informasiya vermədiklərini deyərək bu sahədə vəziyyətin ciddi şəkildə araşdırılmasını önə çəkiblər. Jurnalistlər həmçinin yerli qəzet bazarının olmamasını, region qəzetlərinə reklam verilməməsini də başlıca problem kimi dəyərləndiriblər. Çıxıçlardan məlum olub ki, bir sıra rayonlarda yerli qəzet redaksiyaları öz binalarından çıxarılıb və əlverişsiz vəziyyətdə fəaliyyət göstərirlər.
Tədbirdə “reket qəzetlər” məsələsi də müzakirə mövzusu olub. Media nümayəndələri həmin qəzetlərin “jurnalist”lərinin vicdanlı mətbuat nümayəndələri üçün əməlli-başlı problem yaratdığını vurğlayaraq onlara qarşı mübarizənin keyfiyyətini artırmağa çağırıblar. “İş o yerə şatıb ki, “reket jurnalistlər” yüksək vəzifə tutan məmurların mobil telefonlarını əldə edir və nömrəni digər “həmkarına” pulla satırlar” “-deyə dəyirmi masa iştirakçısı olan müstəqil jurnlist Nizami Hüseynov deyib.
“Lerik” qəzetinin baş redaktoru İdris Şükürlü isə Mətbuat Şurasını və AJB-nin birgə monitorinq qrupu yaradaraq bölgələrdə qəzetlərin madii-texniki bazasının vəziyyətini təhlil etməyi təklif edib.
Dəyirmi masada jurnalistlər yerli KİV nümayəndələrinin fəaliyyətini tənzimləmək üçün Əlaqələndirmə Şurasının yaradılmasını vacib hesab ediblər. Bununla yanaşı yeni jurnalistikaya gələn həvəskar gənclərin peşəkarlılğını artırmq üçün Azərbaycan Jurnalistlər Birliyinin nəzdində Jurnalist Sənətkarlığı Məktəbini yatarmağın zəruri olduğunu deyiblər. Eyni zamanda Media Resurs Mərkəzində yerli jurnalistlər üçün təlim kurslarının təşkili təklifi də səslənib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO